Sığınacağa yerləşdirilən afrikalı qadın 1500 dollarlıq iş tapdı

   Sığınacağa yerləşdirilən afrikalı qadın 1500 dollarlıq iş tapdı
  29 Yanvar 2024    Oxunub:1053
Bakıya dayə işləmək üçün çağrılan, gəldikdən sonra isə imtina alaraq çətin vəziyyətlə qarşılaşan afrikalı qadın yeni işlə təmin olunub. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.
"Onu dəvət edən şəxs artıq dayəyə ehtiyaclarının olmadığını bildirmişdi. Xanım bir müddətdir ki, sığınacağımıza yerləşdirilmişdi. Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb.Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. Xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcək və dayə də onlarla birlikdə gedəcək"- Mehriban Zeynalova deyib.

Qeyd edək ki xarici vətəndaş sığınacağa daxil olduğu gündən bütün dövlət qurumları məlumatlandırılıb və dövlət nəzarətindədir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti