"İran regionda sabitliyi pozmaqda davam edir"

  "İran regionda sabitliyi pozmaqda davam edir"
  29 Yanvar 2024    Oxunub:932
NATO baş katibi Yens Stoltenberq İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücuma görə İranın məsuliyyət daşıdığını bildirib.

Bunu Y.Stoltenberq ABŞ-a səfəri zamanı deyib. "İran regionda sabitliyi pozmaqda davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçuları dəstəkləyir", - Stoltenberq söyləyib.

Qeyd edək ki, yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin həlak olduğunu, 34-nün yaralandığını açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti