Qanunsuz ovla məşğul olduğu üçün saxlanıldı

Qanunsuz ovla məşğul olduğu üçün saxlanıldı
  30 Yanvar 2024    Oxunub:1300
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.
AzVision.az




Teqlər:





Xəbər lenti