Dəmir hasardan aşdı, mədəsi deşildi - Foto

  Dəmir hasardan aşdı, mədəsi deşildi -    Foto
  31 Yanvar 2024    Oxunub:660
Dəmir hasardan aşan zaman ağır xəsarət alan azyaşlı uğurlu əməliyyat edilib.
14 yaşlı yeniyetmə 28.01.2024 tarixində qarında, döş qəfəsində kəskin ağrı, boğulma, təngnəfəslik şikayətləri ilə təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə hasardan aşarkən dəmir barmaqlıqlar qarın nahiyəsinə batıb. Aparılan müayinələr nəticəsində xəstədə qarının daxilə nüfuz etmiş açıq yarası və döş qəfəsində sol tərəfli pnevmo-hemotoraks aşkarlanıb.

Xəstə təcili olaraq əməliyyata götürülüb və əməliyyat zamanı mədənin deşildiyi məlum olub.

Həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı sol plevra boşluğu torokasintez olunub, drenaj qoyulub. Qarın boşluğunda isə laparotomiya əməliyyat icra edilib.
Hazırda xəstənin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti