TƏBİB yolda qalan təcili yardım maşını ilə bağlı məlumat yaydı

   TƏBİB yolda qalan təcili yardım maşını ilə bağlı məlumat yaydı
  31 Yanvar 2024    Oxunub:943
Salyan rayonunun Qarabağlı kəndinə çağırışa yollanan təcili tibbi yardım avtomobilində texniki nasazlıq qeydə alınıb.
Təcili Tibbi yardım maşını xarab olub yolda qaldı - Foto
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, təcili tibbi yardım avtomobilindəki briqadaya kömək məqsədilə texniki işçilər cəlb olunub.

Çağırış ünvanına isə digər təcili tibbi yardım avtomobili yönləndirilib.

Qarabağlı kənd sakini 1942-ci il təvəllüdlü (qadın cinsli) şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pnevmoniya diaqnozu ilə ona zəruri tibbi xidmət göstərilir.

Vəziyyəti ağır qiymətləndirilir.

Aytən Zəhra
AzVision.az



Teqlər:   Təciliyardımmaşını  





Xəbər lenti