Aİ Qırmızı dənizdə əməliyyatlara başlayır

   Aİ Qırmızı dənizdə əməliyyatlara başlayır
  31 Yanvar 2024    Oxunub:774
Qırmızı dənizdə gəmiləri qorumaq üçün Aİ "Aspides" ("Qoruyucu") adlı əməliyyata başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ittifaqın müdafiə nazirlərin iclasından əvvəl bildirib.

O diqqətə çatdırıb ki, missiyaya rəhbər kimi hansı ölkənin seçiləcəyi bu gün dəqiqləşəcək.

Borrelin sözlərinə görə, əməliyyatın fevralın 17-də başlayacağı nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   əməliyyat   gəmilər  





Xəbər lenti