Delimitasiya komissiyasının iclası başlayıb

   Delimitasiya komissiyasının iclası başlayıb
  31 Yanvar 2024    Oxunub:1052
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası başlayıb.
Ermənistan KİV-in məlumatına görə, görüş Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilir.

Məlumata görə, sərhədin Qazax-İcevan hissəsində keçirilən görüşdə sülh müqaviləsi istiqamətində işlərin daha da sürətləndirilməsi barədə müzakirələr aparılır.

Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən il noyabr ayının 30-da sərhəddə baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti