"Azərkosmos" 48 ölkəyə telekommunikasiya xidmətləri ixrac edib

"Azərkosmos" 48 ölkəyə telekommunikasiya xidmətləri ixrac edib
  31 Yanvar 2024    Oxunub:707
2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Bu barədə AzVision.az -a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”na istinadən xəbər verir. Qeyd edilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,6 milyon ABŞ dolları ilə BƏƏ, 1 milyon ABŞ dolları ilə Almaniya və 724,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti