“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir
Bütün ölkə ərazisində keyfiyyətli zəng və internet xidmətlərini hər kəs üçün əlçatan edən “Nar”, paytaxtla yanaşı, bölgələrdə də mağazalarını yeniləyir. 2024-cü ildə mobil operator daha 17 bölgədə yeni konspetli “Nar” mağazalarını təqdim etməyi planlaşdırır.
Sizə yaxın olan “Nar” mağazalarının ünvanlarını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az
Teqlər: