Bədii filmlərin çəkilişləri üçün nazirliyə müraciət ünvanlanıb

   Bədii filmlərin çəkilişləri üçün nazirliyə müraciət ünvanlanıb
  31 Yanvar 2024    Oxunub:972
Bədii filmlərin çəkilişlərinə maliyyə ayrılması üçün Mədəniyyət Nazirliyinə müraciət ünvanlanıb.
Bu barədə AzVision.az -a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, Kinorejissorlar Gildiyasında “Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” nəticələrinin reallaşmaması məsələsi müzakirə olunub. İttifaq da situatsiya ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Müraciətdə müsabiqənin nəticələrinin reallaşmasının yeni nəsil kinematoqrafçılar nəslinin formalaşmasında oynaya biləcəyi müsbət rol qeyd edilib, layihələrin maliyyələşməsi istiqamətində təcili addımlar atılmasına çağırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti