Türkiyəli nazir “ASAN xidmət”də
Türkiyəli nazir “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onda yüksək təəssürat yaratdığını bildirib.
Qonaqlar “ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı çərçivəsində yaradılan “Bilim Bakı” mərkəzi ilə tanış olublar. Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Nümayəndə heyəti ASAN İnnovativ İnkişaf Mərkəzində, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində də olub.
AzVision.az
Teqlər: