Ərdoğan Putini Ukrayna ilə bağlı danışıqları bərpa etməyə dəvət edə bilər

   Ərdoğan Putini Ukrayna ilə bağlı danışıqları bərpa etməyə dəvət edə bilər
  01 Fevral 2024    Oxunub:928
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyə dəvət edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə türkiyəli analitik Engin Özər məlumat verib.

"Sülh danışıqlarına başlamaq təklifi prezident Putinin Türkiyəyə səfəri zamanı verilə bilər. İstanbul prosesi zamanı əldə edilən irəliləyiş sülh danışıqlarının əsasını təşkil edə bilər. Atəşkəs razılaşmasına nail olmaq üçün Türkiyə tərəflər arasında birbaşa danışıqlar olmadan vasitəçi kimi çıxış edə bilər", - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bazar ertəsi bildirib ki, Putinin Türkiyəyə səfəri fevralda baş tutacaq, Ukrayna mövzuları danışıqlarda əsas müzakirə mövzularından biri olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti