Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı yenilik

   Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı yenilik
  01 Fevral 2024    Oxunub:1082
Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Qərara əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti