Sumqayıtda 3 nəfərin zəhərləndiyi yanğın söndürülüb
Bildirilib ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb.
Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 kvadratmetr sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç nəfər (ikisi uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində 1996-cı il təvəllüdlü Nuranə Zahid qızı Heydərova və onun iki övladı - 2015-ci il təvəllüdlü Nihad İbrahim oğlu Cəbrayılov və 2018-ci il təvəllüdlü Renat İbrahim oğlu Cəbrayılov tüstüdən zəhərləniblər.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: