DİN-in rəqəmsal polis platforması istifadəyə verilib - Video
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, tətbiqdə bir çox bölmələr mövcuddur. Bölmələrə keçid edərək Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz.
“Yeni müraciətlər” bölməsində vətəndaşlar heç bir yerə getmədən onlayn qaydada elektron imza ilə təsdiqlənmiş məhkumluq haqqında, nəqliyyat vasitəsinin zədələnməsi, nəqliyyat vasitəsinin yüklülük və yol nəqliyyatı hadisəsi ilə bağlı sığorta arayışlarını əldə edə, eləcə də olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün müraciət edə bilərlər.
“Virtual 102” bölməsində vətəndaşların qarşılaşdığı məsələlərlə bağlı operativ olaraq görüntü, səs qeydi və yazılı formada müraciət etmək imkanları vardır.
Tətbiqdə həmçinin fəaliyyət istiqamətləri üzrə, eləcə də xidmətə qəbulla bağlı müraciətlər alınır və cavablandırılır. “E-Polis” tətbiqini “App Store” və ya “Google play”dən yükləyə bilərsiniz.
AzVision.az
Teqlər: