"İddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır"

   "İddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır"
  01 Fevral 2024    Oxunub:1117
“Dünən veb-kameraları izləyəndə fərqi özüm müşahidə etdim. Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək”.
AzVision.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, səsvermə kabinasının içini çəkmək üçün ən az 10 kamera lazımdır: “Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Seçki məntəqəsinə veb-kamera qoymaq insanları güdmək demək deyil”.

AzVision.az


Teqlər:





Xəbər lenti