Son bir ayda 21 nəfər koronavirusdan ölüb
İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.
Məlumata görə, son bir ay ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub. Eyni zamanda ölkədə son bir ayda 281 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 970 733 olub.
AzVision.az
Teqlər: