Tağı Əhmədov kafedra müdiri vəzifəsindən istefa verdi

   Tağı Əhmədov kafedra müdiri vəzifəsindən istefa verdi
  02 Fevral 2024    Oxunub:1365
"Bakı Metropoliteni" QSC-nin keçmiş sədri Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsindən istefa verib.
Bunu AzVision.az -a açıqlamasında universitetin mətbuat katibi Nicat Abdullayev deyib. O qeyd edib ki, T.Əhmədov səhhətində olan problemlər səbəbindən özü ərizə yazaraq işdən çıxıb.

"Tağı Əhmədov uzun illər universitetin pedoqoji kollektivində çalışıb, müəllimlik fəaliyyəti ilə məşğul olub. O nəqliyyat və loqistika sahəsinin elmi və praktiki tərəfini bilən azsaylı mütəxəssislərdən biridir. Artıq onun yerinə ötən ilin dekabr ayında yeni seçkilər keçirilib. Bu vəzifəyə texnika elmləri doktoru, professor Qasım Abdullayev seçilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti