Çindəki səfirlikdə seçki məntəqəsi yaradılıb
Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır. Çində konsulluq qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb. Bundan başqa, səfirliyin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında, habelə həmvətənlərimizin “Wechat” mesencer proqramındakı qruplarında elan yerləşdirilib.
Azərbaycanın Çindəki səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün Pekində olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda tamamlanacaq.
AzVision.az
Teqlər: