Nərimanov, “İstiqlal”, Əziz Əliyev parkları - FOTOLAR

Nərimanov, “İstiqlal”, Əziz Əliyev parkları - FOTOLAR
  24 İyun 2014    Oxunub:6067
Gəncə bu gün ölkənin ikinci mədəniyyət mərkəzi olmaqla, muzeylər, tarixi abidələr, parklar, fəvvarələr, yaşıllıqlar, uca çinarlar şəhəridir. Hal-hazırda şəhərdə 31 böyük parkda insanların asudə vaxtlarının səmərəli keçməsi üçün bütün lazımı şərait yaradılıb və bu istiqamətdə işlərin görülməsi davam etdirilir.
Gəncəlilərin bu gün ziyarətgah məkanı olan Heydər Əliyev Mərkəzi və park–kompleksi yenidən qurulub. 450 hektar ərazisi olan Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı”ı ucaldılıb. Ərazidə İtaliya və İspaniyadan gətirilən 15 min ədəd Amerika tuyası, 517 ədəd mazvelli və 517 ədəd şəmşid şarları ağacları əkilib. Bundan başqa, park kompleksində müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Disneyland” əyləncə mərkəzi də fəaliyyət göstərəcək. Parkda möhtəşəm layihə əsasında Heydər Əliyev Mərkəzi tikilib. Heydər Əliyev Mərkəzində Müasir İncəsənət Muzeyi və Amfiteatr da inşa edilib.

Nəriman Nərimanov parkı 21 yanvar 2012-ci ildə əsaslı təmirdən sonra şəhər sakinlərinin istifadəsinə verildi. Ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yeni fəvvarə inşa edilib.

Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan 20 min kvadratmetr sahəsi olan parkda insanların rahat dincəlmələri üçün müasir uşaq əyləncə meydançası salınmış, 87 ədəd oturacaq, 110 ədəd böyük dibçək qoyulub, mindən çox dekorativ gül kolları, yeni ağaclar əkilib.


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü - 28 May Respublika Günü münasibətilə şəhərin Gülüstan yaşayış massivində “İstiqlal”parkının açılışı oldu və burada təntənəli ümumşəhər tədbiri keçirildi. 5 hektar ərazisi olan “İstiqlal” parkında 28 May Xalq Cümhuriyyətinin şərəfinə 15 metr hündürlüyündə abidə ucaldılıb. Abidənin ətrafında 9 metr hündürlüyündə 5 lampalı işıq dirəkləri quraşdırılıb. İstirahət guşəsinin ətrafında abadlıq-quruculuq işləri aparılıb. Eləcə də, 250 kvadrat metr əraziyə qranit-mərmər döşənib. Parka gələn sakinlərin rahat dincəlməsi üçün oturacaqlar qoyulub.

Digər iki parkda isə quruculuq işləri davam etdirilir. Ümumi sahəsi bir hektardan çox olan Mirzə Şəfi Vazeh parkında işlərin çox hissəsi başa çatıb. Park M.Ş.Vazehin 220 illiyi ərəfəsində istifadəyə veriləcək.

Gəncədə yaxın günlərdə daha iki yeni istirahət parkı istifadəyə veriləcək. Bunu şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev deyib. Yeni salınacaq parklardan birincisi Mirzə Şəfi Vazehin adını daşıyacaq. Park ədibin muzeyi ətrafında salınır. Bu parkdan 500 metr aralıda isə Əziz Əliyev prospekti başlayır və bu prospektdə görkəmli ictimai-siyasi xadimin adını daşıyan park inşa edilir.

Qalereya




Teqlər:  





Xəbər lenti