Pakistan səfirliyimiz səsvermə üçün hazır vəziyyətə gətirilir
Pakistanda yaşayan vətəndaşlarımızın prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb.
Azərbaycanın Pakistandakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 49 seçki məntəqəsi (37 ölkə) yaradılıb. Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğunda başa çatacaq.
AzVision.az
Teqlər: Pakistan səfirlik seçkilər