Araik seçkilərdə iştirak üçün müraciət edib

   Araik seçkilərdə iştirak üçün müraciət edib
  03 Fevral 2024    Oxunub:1481
Araik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib.
AzVision.az Musavat.com-a istinadən xəbər verir ki, Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada saxlanılan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib.

Bundan əvvəl də yazıldığı kimi, o, istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.

Hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq əhvalında aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş kimi davam etmək istəyir. Hazırda İrəvanda yaşayan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edir. Deyir ki, onsuz da, Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq məqsədi ilə belə davranış sərgiləyir.

Məlumatda o da vurğulanır ki, istintaq proseduraları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər yerlərinə baxmaqdır:

"Nə gözəldir! Ailəmlə Bakıda yaşamaq istəyirəm", - deyərək yaltaqlanır.

Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Araik 10 kiloqram kökəlib.

Xatırladaq ki, Araik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki seçkidə iştirakı üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Araikin arzusu var.

AzVision.az


Teqlər: seçkilər  





Xəbər lenti