Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib” - Video

      Xalq artisti:    “Qızım məhkəmədə məndən imtina edib” -    Video
  04 Fevral 2024    Oxunub:1556
Xalq artisti Tarıyel Qasımov “Evdəkilərə salam” verilişində qonaq olub.
Oxu.Az xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:

“Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyüyü kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki... O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?

Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım evimə qayıdıb qayıtmayacağımı soruşu. Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram”.

T.Qasımov qızının ondan imtina etdiyini etiraf edib:

“Qızımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və deyir ki, bu məsələdə haqlı idin. Amma qızım məhkəmədə məndən imtina edib. Onun iki övladı var idi. Oğlu xəstə olduğu üçün rəhmətə getdi. Mən ona bir kəlmə söz deyə bilmərəm. Qəti olmaz. O geri addım atarsa belə,, onu qəti bağışlamaram. Qəti!”.

Qeyd edək ki, T.Qasımov ilk həyat yoldaşından söyüşə görə boşandığını açıqlamışdı. O, ikinci dəfə evlənib.



AzVision.az


Teqlər:





Xəbər lenti