MDB Müşahidə Missiyası Qarabağda seçkiləri izləyəcək
“Biz Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edirik. Həmçinin seçkilərin təşkili üçün məsul olan digər qurumlarla da birgə çalışırıq. Dəvətə görə təşəkkür edirik. Biz bu etimadın davamlı olmasını səmimi qəlbdən arzulayırıq. Bu, böyük şərəf və məsuliyyətdir. Bizdən seçkilərə dair obyektiv qiymətləndirilmə gözlənilir.
Biz, ilk növbədə, beynəlxalq normaları və tələbləri deyil, ölkənin qanunvericiliyini əsas götürürük, çünki buna mütləq riayət edilməlidir. Məsələn, ABŞ-da seçki hüququ və seçki qanunları tamamilə fərqlidir, Avropa İttifaqı ölkələrində digər formadadır, hər ölkənin öz xüsusiyyətləri var. Bu səbəbdən biz MDB məkanının qanunlarını əldə rəhbər tuturuq. Müşahidələrimizə əsasən hazırlıq prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir”, - deyə S.Lebedev vurğulayıb.
AzVision.az
Teqlər: