Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib
  05 Fevral 2024    Oxunub:1050
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, fevralın 5-də Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib.

Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb. Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", məlumatda deyilir.

Qeyd edək ki, Tərtər rayon Mərkəzi xəstəxanasının cərrahı Mübariz Mahmudov deyib ki, minaya düşərək xəsarət alan Azər Məmmədov xəstəxanaya gətirilib, sol ayağı baldır oynağı səviyyəsində amputasiya olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti