ŞƏT-in Baş katibi Bakıda

ŞƏT-in Baş katibi Bakıda
  05 Fevral 2024    Oxunub:903
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Çjan Min Azərbaycana gəlib və o, ölkədəki prezident seçkiləri ilə bağlı təşkilatın müşahidəçilər missiyasına rəhbərlik edəcək.

Bu barədə ŞƏT-in mətbuat xidmətindən məlumat verilib. Onu hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Departamentinin rəhbəri Əkrəm Zeynallı qarşılayıb.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.



AzVision.az


Teqlər:





Xəbər lenti