Minaya düşən Həsənəli BDU-nun məzunuymuş

   Minaya düşən Həsənəli BDU-nun məzunuymuş
  06 Fevral 2024    Oxunub:909
Xəbər verdiyimiz kimi, fevralın 4-də 23 yaşlı Tərtər rayonunun Qaradağlı kənd sakini Əlizadə Həsənəli Şahin oğlu minaya düşüb.
AzVision.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, Həsənəli Bakı Dövlət Universitetinin Politologiya ixtisasının məzunu olub və universiteti ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirib. O, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul alsa da, təhsilini davam etdirməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti