Azərbaycanda seçkilər: Səsvermədə 200 erməni də iştirak edəcək

   Azərbaycanda seçkilər: Səsvermədə   200 erməni də iştirak edəcək
  06 Fevral 2024    Oxunub:1162
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkiqabağı təşviqat kampaniyası bu gün başa çatıb.
Ölkədə və xaricdə 18 yaşı tamam olmuş, səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları 7 fevral seçkilərinə qatıla bilər. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6 milyon 300 mindən artıq seçici siyahıya alınıb. Onların arasında işğaldan azad edilmiş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, Xankəndidə, o cümlədən ölkəmizin digər şəhər və rayonlarında erməni əsilli Azərbaycan vətəndaşları var.

Dövlət Statistika Komitəsinin siyahısına (2019) görə, Azərbaycanda seçki hüququna malik 200 erməni qeydiyatdadır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti