Qeyd edək ki, 2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşınıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir.
![](https://azvision.az/photos/2024/02/1707218514.jpg)
İdxal yüklərin Çin–Qazaxıstan sərhədindən hərəkətə başladıqdan sonra multimodal daşınma vaxtı isə 8 gün təşkil edib. Yüklər gəmilərdən birbaşa ADY-nin blok qatarlarına yüklənərək aidiyyəti təyinat məntəqələrinə çatdırılıb.
Hazırda 4-ü idxal, 2-si tranzit olmaqla daha 6 konteyner blok qatar Çindən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində aidiyyəti təyinat məntəqələrinə çatdırılması planlaşdırılır.
![](https://azvision.az/photos/2024/02/1707218549.jpg)
Aytən Zəhra
AzVision.az