O bildirib ki, bu gün Azərbaycanda tarixi gündür: "Saat 08:00-dən səsvermə prosesi başlayıb. Prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bu gün axşam saat 7-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər".
Seçki başladı |
Məzahir Pənahovun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər. Fevralın 9-da isə ilkin, lakin qeyri-rəsmi nəticələr elan olunacaq.
"Daha sonra isə biz seçkilərə yekun vuracağıq və protokolları hazırlayacağıq. Bundan sonra isə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərəcəyik",- MSK sədri bildirib.
M.Pənahov qeyd edib ki, 790 nəfər beynəlxalq müşahidəçi və 90 mindən çox yerli müşahidəçilər seçkiləri izləyir. 1000 məntəqədə veb-kameralar artıq arası kəsilmədən fəaliyyət göstərir.
"Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur. Hər kəsin əvvəldən axıra qədər bütün prosesləri MSK-nın rəsmi saytından izləmək imkanı var. Şəffaflığın təmin olunması baxımından KİV-lərin də fəaliyyəti danılmazdır və onların müşahidə apara bilməsi üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Onlar öz vəsiqələrini təqdim etməklə müşahidələr apara bilərlər".
O bildirib ki, yerli və xarici KİV-lərin seçkilərə marağı kifayət qədər böyükdür.