Qriqori Karasin: "Azərbaycanda keçirilən seçkilər Rusiya üçün nümunə ola bilər"

      Qriqori Karasin:    "Azərbaycanda keçirilən seçkilər Rusiya üçün nümunə ola bilər"
  07 Fevral 2024    Oxunub:828
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici fəallığı yüksəkdir.
Bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin seçki məntəqəsinə baş çəkdikdən sonra jurnalistlərə bildirib.

“Biz nikbin üzlü çoxlu sayda insan görürük. Onların gözlərində gələcəyə inam var. İnsanlar öz seçimini tərəqqinin xeyrinə, hamı üçün müsbət nəticələr verəcək müasir, suveren Azərbaycanın xeyrinə etmək istəyirlər”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycanda keçirilən seçkilər Rusiya üçün nümunə ola bilər: “Rusiya da mart seçkilərinə hazırlaşır və biz (müşahidəçilər) Bakıdan özümüzə müəyyən təcrübə qazanacağıq”.


AzVision.az


Teqlər:





Xəbər lenti