MDB PA Şurasının Baş katibi: “Seçkilər ən yüksək səviyyədə təşkil olunub”
“Azərbaycanda seçkilər bütün demokratik normalara, standartlara tam uyğundur. Ölkədə seçki kampaniyasına hazırlıq yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, seçki prosesinin təşkilatçıları ilə, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə görüşlər də təsdiqləyib. Xarici İşlər Nazirliyində, parlamentdə də görüşlər keçirdik. Ona görə də indi belə qənaətə gələ bilərik ki, ölkə seçkilərə yaxşı hazırlaşıb”, - o vurğulayıb.
D.Kobitski vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyası artıq 30 ildir ki, seçkiləri müşahidə edir: “Bu il biz belə bir yubileyi qeyd edirik. Müşahidənin daha obyektiv və prosesin bütün iştirakçıları üçün daha anlaşıqlı olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun yaradılması qərara alınıb. 2005-ci ildə elə burada, Bakıda qəbul olunub”.
AzVision.az
Teqlər: