Rəsmi şəxslər səs veriblər

  Rəsmi şəxslər səs veriblər
  07 Fevral 2024    Oxunub:1216
Energetika naziri Pərviz Şahbazov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
O, 7 saylı Səbail Seçki Dairəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı seçki məntəqəsində səs verib.

Eyni zamanda Azərbaycanın maliyyə naziri Samir Şərifov 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində, Baş nazirin I müavini Yaqub Eyyubov 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində, Baş nazirin müavini Şahin Mustafayev 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində, Baş nazir Əli Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində, Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

AzVision.az


Teqlər:





Xəbər lenti