Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının seçkiyə böyük həvəslə qatılması heyranedicidir”
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən xarici nümayəndələr seçki prosesinin qanunlara uyğun şəkildə keçirilməsindən məmnunluq duyduqlarını bildirdilər:
"Azərbaycan xalqının seçkiyə bu qədər böyük həvəslə qatılması heyranedicidir. Onlar öz gələcəklərinə səs verirlər. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar çox pozitivdirlər, seçkidə ürəklə iştirak etmələri hiss olunur. Hələlik hər şeyin yüksək səviyyədə olduğunu deyə bilərəm", deyən nümayəndə heyətinin rəhbəri ilk dəfədir xarici ölkədə müşahidəçi kimi iştirak etdiyini də əlavə edib. O bildirib ki, bu onun Azərbaycana ilk səfəridir.
AzVision.az
Teqlər: