Özbəkistan rəsmisi: "Hər şey yüksək səviyyədə təşkil olunub”

      Özbəkistan rəsmisi:    "Hər şey yüksək səviyyədə təşkil olunub”
  07 Fevral 2024    Oxunub:946
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın ali seçki qurumunun sədri Zayniddin Nizamxodjayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MSK sədri ölkəmizdə bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün yaradılmış şərait barədə qonaqlara geniş məlumat verib.

Məzahir Pənahov qeyd edib ki, ilk dəfə olaraq seçkilərin azad edilmiş ərazilərimizdə də keçirilir: “Seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Artıq seçkiləri həmin məntəqələrdə də onlayn rejimdə izləmək mümkündür”.

MSK sədri qonaqların diqqətinə çatdırıb ki, saat 10:00-a olan məlumata görə, artıq seçicilərin 20 faizə yaxını səs veriblər.

Özbəkistanın Milli Qəhrəmanı, ölkəsinin ali seçki qurumunun rəhbəri Zayniddin Nizamxodjayev Azərbaycanda seçki prosesini müşahidə etməkdən məmnun olduqlarını bildirib. Z. Nizamxodjayev seçkiləri izləmək üçün onlara yaradılan imkana görə təşəkkürünü ifadə edərək deyib: “Heç kimə sirr deyil ki, Azərbaycanın peşəkar və demokratik seçkilər keçirmək təcrübəsi var. Biz seçkiləri müşahidə edirik, hər şey yüksək səviyyədə təşkil olunub”.

AzVision.az


Teqlər:





Xəbər lenti