"İlham Əliyevi oğlu kimi sevir": 104 yaşlı seçici səsini verdi - FOTOLAR
- Bundan əvvəlki seçkilərdə də onun üçün daşınan qutu gətirmişdilər. Bu dəfə də öz istəyi ilə səs verdi. Onun seçimi yalnız İlham Əliyevdir. Anamız onu oğlu, canı qədər sevir. Özü də hamıya deyir ki, mən ona səs verəcəm, deyə qızı bildirib.
Dinar nənənin 7 övladı var, 24 nəvəsi, 37 nəticəsi və 3 götücəsi var. İ.Abduləzizova deyir ki, anası tərəf uzunömürlü nəsildir. Onun bacıları 80-85 yaşında hələ yaşayırlar.
"Anamın uzunömürlü olmasının digər səbəbi fikrimcə yeməyinə fikir verməsidir. Yalnız quş ətindən istifadə edir, mağazadan alınan qidaları qəbul etmir. Tam təbii şəkildə qidalar yeyir və biz də onu təmin edirik. Həm də aktivdir, bağda-bostanda gəzir, əkib-becərir. Anam həm də savadlı qadındır. Sovet dönəmində orta məktəbi tam bitirb, elə atamla da orada tanış olub. Atam anamın tarix müəllimi olub və orada bir-birlərini bəyənib evləniblər.
Bizim ailəmiz veteran ailəsidir. Atam II Dünya Müharibəsi iştirakçısı olub. Ukrayna ərazisindən döyüşə başlayıb, 1944-cü ildə belindən və başından ağır yaralandığı üçün ordudan təxris olunub. 1988-ci ildə vəfat edib. Anam ailəmizi saxlayıb, bütün yük onun çiyinlərində olub".
Aytən Zəhra
AzVision.az
Teqlər: