Belçikadakı səfirlikdə səsvermə davam edir

   Belçikadakı səfirlikdə səsvermə davam edir
  07 Fevral 2024    Oxunub:847
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Belçikada yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə saat 08:00-da başlayıb.
Bu seçki məntəqəsində Belçikada və Lüksemburqda daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olan 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız səs verirlər.

Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti