Pedro de Morais Neto: "Seçkilər şəffaf və azad şəkildə keçirilir"

      Pedro de Morais Neto:    "Seçkilər şəffaf və azad şəkildə keçirilir"
  07 Fevral 2024    Oxunub:759
Bizə prezident seçkilərində müşahidəçi qismində iştirak etmək şansı yaratdıqları üçün Azərbaycana təşəkkür edirəm.
Bunu beynəlxalq müşahidəçi, Anqola parlamentinin üzvü Pedro de Morais Neto deyib. O, apardığı müşahidələr nəticəsində buradakı seçkilərin şəffaf və azad şəkildə keçirildiyinə əmin olduğunu qeyd edib.

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.


AzVision.az


Teqlər:





Xəbər lenti