Saatlı seçki dairəsi ilə bağlı yayılan video saxtadır - Araşdırma
Bu videodakı bəzi fraqmentləri “əksinə təsvir axtarışı” metodu ilə axtarışa verdikdə bəlli olur ki, video yeni deyil və ümumiyyətlə, Azərbaycanda çəkilməyib.
Araşdırma nəticəsində dəqiqləşdirdik ki, kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində, bu ölkədə keçirilən növbədənkənar prezident seçkiləri zamanı qeydə alınıb. Videonun saxta olmasını təsdiqləyən digər fakt seçki məntəqələrindəki fərqlərlə bağlıdır. Hər iki seçki məntəqəsində divarların mavi rəngli boya ilə rənglənməsi izləyicilərdə bir anlıq çaşqınlıq yaratsa da diqqətlə baxdıqda tamam fərqli məkanlar olduğu dəqiqləşir.
Nəzərə alaq ki, 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqə veb-kamera quraşdırılan seçki məntəqələrindəndir. Həmin mətəqənin görüntüsü hazırda belədir:
Bundan başqa seçki qutularının da fərqli olması arqumentlərimizi təsdiqləyən amillərdəndir.
Videoda görüntülənən şəxslərin yay geyimində olması, Azərbaycanda fevral ayında qısaqollu köynəkdə ictimai yerə gəlməyin mümkünsüzlüyü də deyilənləri təsdiqləyir.
Nəticə:
Sosial mediada 66 saylı Saatlı seçki dairəsi 35 saylı məntəqədə qeydə alınmış “seçki saxtakarlığı”nı əks etdirən video saxtadır
Kadrlar 9 iyun 2019-cu ildə Qazaxıstanın Türkistan şəhərində qeydə alınıb.
AzVision.az
Teqlər: