Tərtərdə 100 yaşdan yuxarı seçicilər evlərində səs veriblər - FOTOLAR

   Tərtərdə 100 yaşdan yuxarı seçicilər evlərində səs veriblər -    FOTOLAR
  07 Fevral 2024    Oxunub:1073
Növbədənkənar prezident seçkiləri respublikanın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da seçicilərin fəallığı ilə müşahidə olunub. Seçki məntəqələrinə gələ bilməyən yaşlı, fiziki məhdudiyyətli seçicilərin səsvermədə iştirakı üçün daşınan seçki qutuları ünvanlara aparılıb.
AzVision.az xəbər verir ki, rayonun Mamırlı kənd sakini 112 yaşlı Süleymanova Zəhra Hətəm qızı, Hacıqərvənd kənd sakini 102 yaşlı Xəlilov İbrahim Heydar oğlu, Ağdərə rayonunun Umudlu kənd sakini 100 yaşlı Abbasquluyeva Atlas Salah qızı və Kəngərli kənd sakini 100 yaşlı Almuradova Fatma Abbas qızı yaşadığı ünvanda səsvermə hüququndan istifadə ediblər.




AzVision.az


Teqlər:





Xəbər lenti