Azərbaycanda məntəqə sədri qəfil vəfat etdi

   Azərbaycanda məntəqə sədri qəfil vəfat etdi
  07 Fevral 2024    Oxunub:951
Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, hadisə Nizami küçəsi 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Əsgərova Kəmalə Məmməd qızının vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, həyatını itirib.

İlkin məlumata görə, 63 yaşlı sədr ürəktutmadan vəfat edib.

Yaxınları bildirib ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Unikal.az saytı yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti