Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə başa çatıb
Moskvada və Moskva vilayətində yaşayan 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmək imkanına malik idilər. Səhər saat 8:00-dan açılmış məntəqələrdə Azərbaycan vətəndaşlarının səs verməsi üçün hər bir şərait yaradılmış, müasir texniki vasitələrlə təchiz olunmuşdu. Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr sırasında seçkilərdə ilk dəfə iştirak edən gənclərə səfirik tərəfindən xüsusi hədiyyələr də təqdim olunub.
Moskva vaxtı ilə saat 19:00–da məntəqələr bağlanıb. Seçki qutularının açılması və səslərin sayılması prosesi başlanıb.
AzVision.az
Teqlər: