Fransada liman işçiləri pensiya islahatına etiraz edirlər

Fransada liman işçiləri pensiya islahatına etiraz edirlər
  07 Fevral 2024    Oxunub:843
Fransada pensiya yaşının tədricən 64-ə qaldırılması ilə bağlı islahatlara qarşı çıxan liman işçiləri etiraz edirlər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, onlar ağır iş gördükləri üçün daha erkən yaşda təqaüdə çıxmaq istəyirlər.

Marsel və Havre də daxil olmaqla, müxtəlif limanlardakı işçilər bir günlük işi dayandırıblar. Tətilçilər Havre limanının bütün girişlərini bağlayıb, həmçinin avtomobil təkərlərini yandırıblar.

Qeyd edək ki, 2023-cü il martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini parlamentdən səsvermədən keçirməsi qərarından sonra Fransada kütləvi nümayişlər başlayıb.

Polis etirazçılara sərt müdaxilə edib. Ölkədə islahat əleyhinə keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb. Sözügedən qanun layihəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən imzalanıb və aprelin 15-də Rəsmi Qəzetdə dərc edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti