Pakistanda seçkilərə görə mobil telefon xidmətləri məhdudlaşdırır

   Pakistanda seçkilərə görə mobil telefon xidmətləri məhdudlaşdırır
  08 Fevral 2024    Oxunub:879
Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib. Bu barədə Dawn qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Pakistanda son vaxtlar terror fəaliyyətinin artması fonunda mobil rabitə xidmətlərinin göstərilməsi təhlükəsizlik məqsədilə məhdudlaşdırılıb.

Pakistanda Milli Məclisə və əyalət qanunvericilik orqanlarına seçkilər saat 08:00-da başlayıb və 17:00-a qədər davam edəcək. Qarşıdan gələn seçkilər kontekstində ən perspektivli siyasi birliklər Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) və Pakistan Xalq Partiyasıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti