Kürdəmirdə 69 yaşlı kişi seçki məntəqəsində ölüb

   Kürdəmirdə 69 yaşlı kişi seçki məntəqəsində ölüb
  08 Fevral 2024    Oxunub:952
Fevralın 7-si keçirilən növbədənkənar prezident seçkilərində iştirak edən Kürdəmir sakini seçki məntəqəsində vəfat edib.
AzVision.az xəbər verir ki, rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti