Uşakov: "Türkiyə ilə çoxşaxəli münasibətlərin inkişafına böyük əhəmiyyət veririk"
“Prezidentimizin Türkiyəyə mümkün səfəri müzakirə olunur. Bildirmək istərdim ki, biz Türkiyə ilə çoxşaxəli münasibətlərin inkişafına böyük əhəmiyyət veririk”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə uyğun olaraq, Putinin respublikaya gözlənilən səfəri bilavasitə beynəlxalq təmasların gündəliyində prioritetdir.
Uşakov qeyd edib ki, hazırda səfərə fəal hazırlıq gedir və bunu Rusiyanın iqtisadi və siyasi idarələri həyata keçirir.
Dövlət başçısının köməkçisi əlavə edib ki, səfərin dəqiq tarixləri razılaşdırılır.
AzVision.az
Teqlər: