Ersin Tatar İlham Əliyevə zəng etdi

   Ersin Tatar İlham Əliyevə zəng etdi
  08 Fevral 2024    Oxunub:1009
Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti