Qadın maşının pəncərəsindən çıxaraq quyuya düşüb öldü
“Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb. Qəzadan yayınmaq istəyən “Opel”in sürücüsü sərt manevr edib və avtomobili aşırıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Nəzakət Şabalı qızı Ağayeva maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb.
Qeyd edək ki, onlar ötən həftə ailə quran qızlarının evinə qonaq gedirlərmiş.
AzVision.az
Teqlər: