Sürücülük hüququ olmadan avtomobili idarə edən
Emin İbrahimov isə törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Kəndin icra nümayəndəsi Cuma Qurbanov
AzVision.az -a açıqlamasında bildirib ki, qəza məktəbdən 1 km aralıda, şagirdlərin evinin yaxınlığında baş verib. Şagirdlər 5-ci sinifdə oxuyurmuş: "Kənd yolu 6 metr enindədir, hadisə olan yuxarı tərəfdə isə 20 metrə qədər genişlənir. Şagirdlər səki ilə hərəkət edirdilər. Məktəb də evə yaxındır. Yəni bizim kənd yolu təhlükəli deyil. Deyilənə görə, sürücü avtomobili 130-140 km/saat sürətlə sürürmüş, uşaqların yanında idarəetməni itirib və onları vurub".
İcra nümayəndəsinin sözlərinə görə, şagirdləri vuran şəxs "qatil Emin" ləqəbi ilə tanınır: "Deyəsən, əvvəllər cinayət törədib, həbs yatıb, ona görə belə adlandırılır. O, kənd sakini deyil, Zaqatala şəhərinin Qaqarin küçəsindəndir".
Aytən Zəhra
AzVision.az