Aİ-nin komissarı İlham Əliyevi təbrik edib

   Aİ-nin komissarı İlham Əliyevi təbrik edib
  09 Fevral 2024    Oxunub:852
Avropa İttifaqının (Aİ) fevralın 7-də ölkədə keçirilən növbədənkənar prezident seçkilərindən sonra iqtisadiyyatları və insanları birləşdirmək üçün Azərbaycanla birgə fəaliyyətini davam etdirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirik. Biz iqtisadiyyatlarımızı və insanlarımızı birləşdirmək üçün birgə fəaliyyətimizi davam etdirəcəyik”, - paylaşımda qeyd edilib.



AzVision.az



Teqlər:





Xəbər lenti